Beynəlxalq hüququn TƏLƏBİ – “Qarabağa vurulmuş ziyan bu istiqamətlər üzrə hesablana bilər”

“Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Hazırda daha çox müzakirə edilən məsələlərdən biri olan- Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə də təzminatının ödənilməsinin tələb edilməsinə gəldikdə qeyd etmək istərdik ki, Polşanın müraciətindən əvvəl də dünya təcrübəsində oxşar nümunələr olub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda ilk Forum - Prezident çıxış edir 


Deputat qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. 

“Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da belə bu yüz milyard dollarlar ilə ölçülür. Birinci və İkinci Dünya Müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub”.

Vüqar Bayramov Dünya Bankının metodologiyasına da diqqət çəkib:

“Bu metodologiyaya görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur.

Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.


Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Yaponiyada parlament seçkiləri keçirilir

Yaponiyada parlament seçkiləri keçirilir

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

Dünyanın ən böyük futbol stadionu tikilir

Dünyanın ən böyük futbol stadionu tikilir

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO