Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Amerika tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlar zamanı oktyabrın 2-də baş tutan Cenevrə görüşünün yekunlarına dair fikir mübadiləsi aparılıb.
Həmçinin sərhəddə vəziyyətin monitorinqi və nəzarət mexanizmlərinin tətbiqinin vacibliyi vurğulanıb.
Bizim.Media