Mədət Quliyev Hulusi Akarı medalla təltif etdi - FOTO 

Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.  

Məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.

Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib.
M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb.44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. 
Türkiyənin milli müdafiə naziri H. Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib.

Medalı qonağa M.Quliyev təqdim edib.Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.

İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynacağını qeyd edib. 

Sonda xatirə şəkli çəkdirilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Vəfanın arxiv VİDEOsu yayıldı

Vəfanın arxiv VİDEOsu yayıldı

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Bu ölkə konstitusiyasını DƏYİŞİR

Erməni hərbçinin meyiti TAPILDI

Erməni hərbçinin meyiti TAPILDI

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Putin deyir: “Mənə bütün Donbası verin – müharibəni bitirim” – Zelenski

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Kirayə qaldığı mənzildə VƏFAT ETDİ

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Bu VİDEO bir günə 2 milyon İZLƏNDİ

Yaponiyada parlament seçkiləri keçirilir

Yaponiyada parlament seçkiləri keçirilir

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

İspaniya səkkizinci dəfə qitə çempionu oldu - VİDEO

Dünyanın ən böyük futbol stadionu tikilir

Dünyanın ən böyük futbol stadionu tikilir

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanıldı

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən kişi meyiti TAPILDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

Azərbaycan çempionatı BAŞA ÇATDI

B12 vitamini MÜTLƏQDİR

B12 vitamini MÜTLƏQDİR

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

Netanyahu Trampla İranla aparılan danışıqları MÜZAKİRƏ EDƏCƏK

End of content

No more pages to load

RADİO