Azərbaycandan Fransaya növbəti NOTA

1 oktyabr 2022-ci il tarixində Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin Mətbuat Xidməti məlumat yayıb. 

3 oktyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib və görüş zamanı son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib. 

Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb. 

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib. 

Qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib. 
Fransa Respublikasının səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib. 

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Qızıl və gümüşün SON QİYMƏTİ

Qızıl və gümüşün SON QİYMƏTİ

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

End of content

No more pages to load

RADİO