“Azərbaycanın Ukrayna ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva AZƏRTAC-a açıqlamasında bildirib.
“Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər. Bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.
Bizim.Media