Ermənistanın SON GÜNLƏRİ – “4 ildə 5 dəfə Müdafiə naziri dəyişdirilib” – Fərhad Məmmədov

“Ermənistanda xaos o həddə çatıb ki, heç kim öz hüquq və vəzifələrinin hüdudlarını dərk etmir. Ermənistanda hər kəs özünü politoloq və hərbi məsələlər üzrə mütəxəssis kimi hiss edir, Ermənistanın hansı siyasi vektoru seçməli olduğunu, hansı silahları və haradan idxal etməsini, necə danışıqlar aparacağını, qonşuları ilə hansı münasibətləri quracağını müzakirə edir.

Bu isə ondan xəbər verir ki, peşəkar diplomatlar, hərbçilər, hakimiyyət başında duran adamlar öz vəzifələrini tamamilə yerinə yetirə bilməyiblər və sadə insanlar həmin boşluğu doldurmağa çalışırlar. Xarici İşlər Nazirliyinin əvəzinə Rostovda yaşayan “Valod dzyadzyan” və “Los-Ancelesdə yaşayan Siruş Tsyotsyan” nəsə etməyə çalışır.
Bizim.Media xəbər verir ki, bu fikirləri populyar erməni nəşri “Hraparak” səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“İkitərəfli görüş üçün Brüsseldə elan olunan müddət gələn həftə başa çatır” - Fərhad Məmmədov


Erməni nəşrinin səsləndirdiyi bu fikirlər Ermənistan siyasi elitasında, erməni cəmiyyətində və erməni diasporasında baş verən proseslərə çox gözəl güzgü tutub.

Doğrudan da Ermənistanda xaosdur. Kimin hansı məzhəbə qulluq etdiyini müəyyən etmək çox çətindir. Bununla belə erməni nəşri bu açıqlaması ilə bəzi etiraflar edib. 

Birincisi, nəşr etiraf edir ki, Ermənistanın taleyi gah Rusiyada, gah ABŞ-da, gah da ki, Qərbdə həll olunur. Bu da o deməkdir ki, Ermənistan üçün son söz erməni diasporuna məxsusdur. Erməni diasporası da bir qayda olaraq milli maraqlardan deyil, yaşadıqları ölkələrin siyasi maraqlarından çıxış edirlər.

İkincisi, bu onu göstərir ki, Ermənistan siyasi hakimiyyəti qərarlar verməkdə müstəqil deyil. Daha doğrusu, bu iqtidarda deyil.

Üçüncüsü, nəşr onu da etiraf edir ki, aclıq və səfalət içində boğulan Ermənistanda bütün cəmiyyət siyasiləşib. Cəmiyyətin siyasiləşməsi isə sosial narazılığın son həddidir.

Bir sözlə, Ermənistanda vəziyyət çox gərgindir. Əgər siyasi hakimiyyət ən qısa zamanda konkret qərarlar verməsə, zəruri addımlar atması sosial partlayış və vətəndaş qarşıdurması qaçılmaz olacaq.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fərhad Məmmədov son vaxtlar Paşinyanın qeyri-peşəkarlığıının Ermənistanda ciddi şəkildə müzakirə olunduğunu bildirdi.

“44 günlük müharibə və ondan sonrakı proseslər göstərdi ki, Paşinyan hakimiyyətə təsadüfən gəlmiş bir adamdır.

Son 4 ildə o DTX-nın rəisini 4, Müdafiə nazirini isə 5 dəfə dəyişib. Bu qeyri-ciddiliyin göstəricisidir.

Ermənistan cəmiyyətində yarıhərbləşmiş təşkilatlar var. Hansı ki, onlar diasporadan pulları toplayr və guya Ermənistanda vətəndaşları müharibəyə, döyüşlərə hazırlayırlar. Bu isə onu göstərir ki, dövlət sistemi işləmir. Bir sözlə dövlət isntitutları işlək deyil və bu Ermənistanın əsas problemidir. Ona görə də bu məsələ ciddi şəkildə ermənilər tərəfində müzakirə edilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Qızıl və gümüşün SON QİYMƏTİ

Qızıl və gümüşün SON QİYMƏTİ

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Natiq Qasımovun ailəsini ziyarət edib - FOTO

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

Dünyada şorgözlərin, Bakıda isə mədəniyyətin ünvanına çevrildi... – “Ütü bina”nın SİRLİ TARİXÇƏSİ

End of content

No more pages to load

RADİO