İlham Əliyev Bolqarıstanın biznes dairələrinin nümayəndələri ilə görüşüb - YENİLƏNİB

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Bolqarıstana rəsmi səfərim zamanı bu ölkədəki biznes icması ilə tanış olmaq fürsəti əldə etdiyimə görə şadam. Bu görüşə gəldiyinizə görə sizə təşəkkür edirəm. Əvvəlcə demək istəyirəm ki, bu gün Prezidentlə apardığım müzakirələrdən çox razıyam.
Biz ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparmışıq. Biz qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür.

Təbii ki, biz sizi maraqlandıran məsələləri müzakirə edəcəyik. Çünki sizin bu görüşdə iştirakınız ondan xəbər verir ki, ölkəmizi yaxşı tanıyırsınız, inkişafımızı və apardığımız islahatları yaxşı bilirsiniz. Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız.

Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.

Bu görüşdə iştirakınız üçün bir daha minnətdaram.

Sonra çıxış edən Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edilib.

Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildiriblər. Həmçinin Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə bolqarıstanlı iş adamlarına Azərbaycandakı investisiya imkanları və biznes mühiti barədə də ətraflı məlumat verilib.

***

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fatimə gələn ay əməliyyat olunacaq

Fatimə gələn ay əməliyyat olunacaq

"Malakan bağı"nda YANĞIN

"Malakan bağı"nda YANĞIN

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarla səmimi söhbət etdi - FOTO

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Sürücülərin nəzərinə: Bu yol bağlıdır - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Gəncədə “İsi və Piti” animasiya serialının premyerası oldu - FOTO

Qızıl və gümüşün SON QİYMƏTİ

Qızıl və gümüşün SON QİYMƏTİ

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Azərbaycanda "Roblox" və "PubG" oyunları qadağan ediləcək?

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Rusiya çətin DURUMDA: 11 milyon işçiyə ehtiyac var

Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Onlara “Qurani-Kərim” hədiyyə olundu - FOTO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Bu BÜRCLƏR qarğa kimi kin saxlayırlar

Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Vüsalə gözəlliyi ilə "yandırıb-yaxdı" - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində - FOTO

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

"Sabah" “Araz-Naxçıvan"la üz-üzə gələcək

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

Sürücü narkotik aludəçisi olub - ÜZƏ ÇIXDI - FOTO

End of content

No more pages to load

RADİO