“Bələdiyyələrin fəaliyyətini inkişaf etdirmək üçün mütəmadi olaraq qanunlar qəbul etsək də, bu sahədə problemlər qalmaqdadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Bələdiyyələrin ərazilərində olan turizm bölgələrində, xüsusən də, rayonlarımızda bərbad ekoloji vəziyyət hökm sürür. Məişət tullantılarının təmizlənməsi istiqamətində bələdiyyələr yetərli iş görmür. Bu bizim də, turistlərin də xoşuna gəlmir. Düşünürəm ki, bu istiqamətdə də işlərin görülməsinə ehtiyac var”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media