“Xüsusi qeyd edilməlidir ki, sərhəddə baş verən təxribatlarla bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri parlamentin spikeri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Onların təxribatlar törətməkdə əsas məqsədi sülh prosesini pozmaq və işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma və bərpa işlərinə mane olmaqdır”, - deyə spiker əlavə edib.
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Murad Əhmədov, Bizim.Media