"Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir" - XİN

Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.

Beləliklə də, Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur.
Xatırladırıq ki, Ermənistan bu ilin 13 sentyabr tarixində saat 9.00-da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi.

İndi də həm iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.

Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.
Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Amazon milyardlıq data mərkəzi qurur

Amazon milyardlıq data mərkəzi qurur

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

İran atom bombası axtarmır - Abbas Əraqçi

İran atom bombası axtarmır - Abbas Əraqçi

SABAHIN HAVASI: Qar yağacaq

SABAHIN HAVASI: Qar yağacaq

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Fatimə gələn ay əməliyyat olunacaq

Fatimə gələn ay əməliyyat olunacaq

"Malakan bağı"nda YANĞIN - VİDEO

"Malakan bağı"nda YANĞIN - VİDEO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

End of content

No more pages to load

RADİO