Prezident və xanımı Şuşada yeni yaşayış kompleksinin tikintisi ilə tanış olublar - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. 

Bildirilib ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir.

Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. 

Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır.
Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.



Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Amazon milyardlıq data mərkəzi qurur

Amazon milyardlıq data mərkəzi qurur

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

İran atom bombası axtarmır - Abbas Əraqçi

İran atom bombası axtarmır - Abbas Əraqçi

SABAHIN HAVASI: Qar yağacaq

SABAHIN HAVASI: Qar yağacaq

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Fatimə gələn ay əməliyyat olunacaq

Fatimə gələn ay əməliyyat olunacaq

"Malakan bağı"nda YANĞIN - VİDEO

"Malakan bağı"nda YANĞIN - VİDEO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

End of content

No more pages to load

RADİO