Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq genişləndirilir – FOTO

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanlığını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. General-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra general-polkovnik K.Vəliyev Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.

İşgüzar şəraitdə keçən görüşdə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.  

Tərəflər, həmçinin regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Saçxeri Dağ Hazırlığı Məktəbində təşkil olunan kurslarda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı və hazırlığının davam etdirilməsi müsbət qiymətləndirilib.
Azərbaycan ilə Gürcüstan orduları arasında keçirilən birgə təlim, konfrans və treninqlərin müntəzəm xarakter daşıdığı, bu tədbirlərin həm ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatda, həm də NATO çərçivəsində həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb.

Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.

Tərəflər hər iki dövlətin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qarşılıqlı şəkildə dəstəkləndiyini qeyd edib, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasının hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaratdığını və bu əməkdaşlığın hərbi qurumların maraqlarına cavab verdiyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəldiyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

Qəzzaya yardım üçün “Sülh Şurası”nın ilk sammitini keçiriləcək

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

“Nyukasl” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya təşəkkür etdi

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

Amazon milyardlıq data mərkəzi qurur

Amazon milyardlıq data mərkəzi qurur

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"

İran atom bombası axtarmır - Abbas Əraqçi

İran atom bombası axtarmır - Abbas Əraqçi

SABAHIN HAVASI: Qar yağacaq

SABAHIN HAVASI: Qar yağacaq

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verdi - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var - VİDEO

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

General Alekseyevə sui-qəsd edən killer Dubayda tutuldu

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Fatimə gələn ay əməliyyat olunacaq

Fatimə gələn ay əməliyyat olunacaq

"Malakan bağı"nda YANĞIN - VİDEO

"Malakan bağı"nda YANĞIN - VİDEO

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu BÜRCLƏR qarğa kimi kin saxlayır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Bu ölkədə yanacaq böhranı - Hotellər, dövlət qurumları bağlanır

Dünyanın ən çox nifrət olunan LİDERİ

Dünyanın ən çox nifrət olunan LİDERİ

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Masallıda əməliyyat - HƏBS EDİLƏN VAR - FOTO

Nigar 9 il sonra onunla BARIŞDI

Nigar 9 il sonra onunla BARIŞDI

End of content

No more pages to load

RADİO