Ceyhun Bayramov Macarıstanlı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Görüş zamanı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bu ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib.

Nazir iki ölkə arasında yüksək səviyyəli mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı məlumat verib.

Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf dinamikasını xüsusilə vurğulayıblar. Bu xüsusda, iqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd edilib.

Peter Siyatro Azərbaycan ilə Macarıstan arasında movcud əlaqələrin bir çox sahələrdə genişləndirmək əzmində olduğunu ifadə edib.

O, Macarıstanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb.

Nazir Macarıstanın, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro energetika sahəsində əməkdaşlıq planlarını diqqətə çatdırıb.
Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

İsrail İranla bağlı tələblərini açıqladı

İsrail İranla bağlı tələblərini açıqladı

End of content

No more pages to load

RADİO