Azərbaycan və Fransa arasında səfirliyimizə hücumla bağlı RAZILAŞMA – FOTO

Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri haqda səfiri məlumatlandırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.

Fransanın Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub.

Səfir Qros baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib.

Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

End of content

No more pages to load

RADİO