Ter-Petrosyan Azərbaycan Prezidentinin mesajını Qarabağ ermənilərinə çatdıracaq – Qabil Hüseynlinin ŞƏRHİ  

Ermənistanın “Hraparak” qəzetində gedən məlumata görə, yaxın günlərdə Ermənistanın üç eks-prezidenti - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın birgə görüşü olacaq. Görüşdə həmçinin katolikos II Qaregin də iştirak edəcək. Mövzu isə Ermənistandakı ağır vəziyyətin birlikdə müzakirə edilməsidir. Təşəbbüskar qismində isə Ter-Petrosyan çıxış edib.

Bildirilir ki, Ter-Petrosyan öz qarşısına Ermənistanın Azərbaycanla toqquşacağı təqdirdə ölkənin üzləşəcəyi təhlükələr barədə digər iki həmkarına izahat vermək vəzifəsi qoyub.
Ter-Petrosyan onları müharibədən çəkindirməyə və bu mövzuda hazırkı hökuməti dəstəkləməyə çalışacaq.

Qeyd edək ki, iki gün bundan əvvəl Ermənistanın birinci prezidenti qondarma rejimin lideri kimi təqdim olunan Araik Arutunyanla da görüşüb. Bu görüşdə də Ter-Petrosyanın Araikə Azərbaycanla razılığa gəlməyin vacib olduğunu anlatdığı bildirilir.

Xatırladaq ki, xeyli illər bundan əvvəl də Petrosyan İrəvanın Azərbaycanla razılığa gəlməsinin vacibliyini vurğulamışdı. Keçən əsrin 90-cı illərin ikinci yarısında Ter-Petrosyan münaqişəyə toxunarkən bildirmişdi ki, Azərbaycanın bu gün istədiklərini sabah biz öz xoşumuzla verməli olacağıq, hətta bundan artığını da verməyə məcbur olacağıq. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbə Petrosyanın bu məsələdə haqlı olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu.

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli qeyd edir ki, Ter-Petrosyan reallığı digərlərilə müqayisədə daha yaxşı anlayır:

“O başa düşür ki, regionun super gücü Azərbaycandır. Ona görə də sülh prosesində ermənilər kompromisə meylli olmalı və mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Pelosi isə İrəvana gəlməklə aləmi qatıb-qarışdırdı.
Onun gəlişindən sonra Ermənistan cəmyyətində müəyyən qədər ürəklənmə yaranıb. II Qaregin, Qarabağ ermənilərinin dini lideri, Araik Arutunyan, Serj Sarkisyan və Robert Koçaryan və digərləri tez-tez bir-birilə görüşüb məsləhətləşir. Onlar içərisində ən real baxışa malik şəxs Ter-Petrosyandır. O, Qarabağın Azərbaycanın tərkibi olduğu müddəasını müdafiə edir”. 

Ekspert bildirir ki, Ermənistan cəmiyyətində indi qarışıqlıq, xaos hökm sürür: 

“Ermənilər yenə də əvvəlki avantüralarını davam etdirsələr, sülhyaratma prosesinə ciddi əngəl yaradacaqlar. Petrosyan realist olsa da onun erməni olduğunu da unutmayaq. Ona görə də keçmiş prezidentlərin görüşlərinin nəticələrinə, Ermənistan cəmiyyətində səslənən şüarlara, sülh danışıqları prosesi və burada irəli sürülən müddəalara diqqət yetirməliyik”. 

Q. Hüseynli sözügedən görüşün nəticəsi olaraq Ter-Petrosyanın Sarkisyanla Koçaryanı doğru yola gətirə biləcəyinə inanmır:

“Petrosyanın yerdə qalan liderləri, xüsusən də din xadimlərini inandırıb, daha realist yola çəkmək ehtimalı zəifdir. Çünki onlar təpədən dırnağa qədər radikal erməni millətçiləri, vicdansız, Xocalı soyqırımını törədənlər, qolları dirsəyə qədər azərbaycanlı qanına batmış adamlardır.
Ter-Petrosyan bu iki həmkarını fikirlərindən geri döndərə bilməyəcək. Onları yalnız Azərbaycan Ordusunun gücü ilə ağıla gətirmək olar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

End of content

No more pages to load

RADİO