Azərbaycan Ermənistana hansı sürprizi hazırlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra vacib mesajlar verdi. Onlardan biri də sərhədlərin delmitasiya və demarkasiyası ilə bağlı idi.

Ölkə başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq: 

“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər”.
Bununla da Azərbaycan Prezidenti aydın şəkildə bildirdi ki, ermənilərin son təxribatına cavab verərkən Azərbaycan ordusu Ermənistan ərazisinə girməyib. Ordu birləşmələrimiz faktiki Azərbaycan torpağı olan, lakin uzun illər ermənilərin istismar etdiyi ərazilərdə möhkəmlənib. 

Nəzərə alaq ki, 10 noyabr bəyannaməsində vacib şərtlərdən biri də sərhədlərin delmitasiya və demarkasiya məsələsidir. Keçən iki ilə yaxın bir müddətdə bu sahədə Ermənistanın günahı üzündən heç bir hərəkətlilik yoxdur. Əksinə sərhədboyu ərazilərdə davamlı şəkildə təxribatlar törədilir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tofiq Zülfüqarov Ermənistanın əsas məqsədinin danışıqlar prosesini gecikdirmək olduğunu bildirdi:
 

MÖVZU İLƏ BAĞLI:

Səmərqənddə ən gərgin görüş hansı olacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ


“Ermənistan fakt qarşısında qalıb. Zor-xoş Azərbaycanla sülh sazişi bağlanılacaq və sərhədlərin delimitasiyası və demarkasiyası aparılacaq. Amma davamlı təxribatlar törətməklə rəsmi İrəvan vaxt udmaq, danışıqlar prosesindən yayınmaq istəyir”.

Tofiq Zülfüqarov onu da əlavə etdi ki, Ermənistan bir həqiqəti unudur ki, ötən hər gün onların əleyhinə işləyir:

“Ən əsası törətdikləri istənilən təxribatın çox ağır bədəlini ödəmək zorunda qalırlar. Necə ki, sentyabrın 12-də və 13-də biz bunu gördük. Azərbaycan Prezidentinin dünənki bəyanatı da Ermənistan hakimiyyətinə və onların havadarlarına növbəti xəbərdarlıq idi.
Təxribatlarla danışıqlardan yayınmaq istəyən Ermənistan hər bir təxribatına görə Azərbaycan tərəfindən cəzalandırılacaq. Prezident İlham Əliyev də bunu dünən bir daha bəyan etdi. Ona görə də indi top Ermənistandadır. Onlar ya qısa zamanda Azərbaycanla sülh sazişini imzalayacaq, ya da ki, növbəti zərbəni alacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

End of content

No more pages to load

RADİO