“Səfirliklərimizə hücum edənlər cəzalandırılmalıdır” - Ceyhun Bayramov - VİDEO 

“Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində erməni radikalların Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumu ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz:

“Əfsuslar olsun ki, xarici ölkələrdə revanşist fikirlərlə yaşayan radikal erməni qüvvələr çoxdur. Onlar hər zaman təxribatlara əl atırlar. Bizim diplomatik missiyalarımıza, diplomatlarımıza olan hücumlar tamamilə qəbuledilməzdir və bütün beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır. Çünki diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti belə ola bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovdan sülh danışıqları ilə bağlı AÇIQLAMA - VİDEO


Hətta fəal müharibə aparan ölkələr arasında da bu qaydalara hər zaman riayət olunub. Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır. Belə hallar baş verəndə biz digər tədbirlərlə yanaşı, öz qəti etirazımızı da bildiririk. Çünki həmin ölkələr Vyana Konvensiyasına üzvdür və ölkələrində yerləşən bütün diplomatik missiyaların təhlükəsizliyini təmin etmək onların öhdəliyidir. Biz bunu gözləyirik”.

C.Bayramov vandalizmə əl atan radikalların tapılıb cəzalandırılmalı olduğunu qeyd edib:

“Biz bu cür hadisələrlə bağlı müxtəlif ssenarilərin şahidi olmuşuq. Elə ölkələr var ki, onlar özləri belə hadisələr barədə məlumatlı olurlar.

Bəzi hallarda isə biz qarşı tərəfi məlumatlandırırıq və nəticədə qabaqlayıcı tədbirlər görülür. Elə situasiyalar da var ki, ortada bəlli bir vandallıq aktı olur. Belə hallarda gözləntimiz günahkarların tapılması və cəzalandırılması yönündədir.
Təxribatların fərqli növləri var. Bu yaxınlarda qanunsuz məskunlaşmış əhali Laçını tərk edərkən radikallaşmış erməni diasporunun nümayəndələri onlara çağırışlar edirdi ki, evləri yandırın, kompensasiyanı biz verəcəyik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Zülmlə işləyib ev-eşik almışam, kasıb biri ilə ailə qurmaram” - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

"Qardaşımın meyidi 8 gün sonra tapıldı" - VİDEO

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Leyla Əliyeva Göygöldən paylaşım etdi - FOTO

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Cıdır düzündən füsunkar görüntülər - VİDEO

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Nigeriya Britaniyadan 567 milyon dollar təzminat tələb edir

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

End of content

No more pages to load

RADİO