Türkiyənin səhiyyə naziri Fahrettin Koca sentyabrın 22-23-də Azərbaycanda səfərdə olacaq.
Bizim.Media “haber global”a istinadən xəbər verir ki, nazir Türkiyə-Azərbaycan səhiyyə-biznes forumunda iştirak edəcək.
F.Kocanın Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub. Nazir səfərinin ikinci günü Şuşa şəhərinə gedəcək.
Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisinin keçirilməsi planlaşdırılır.
Bizim.Media