Prezident “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FOTO

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoyub.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Kəlbəcər-Laçın yolunda inşa edilən tunellə tanış oldu


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verib.

Bildirilib ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək.

Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.

Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq.

Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Diqqətə çatdırılıb ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.


“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

End of content

No more pages to load

RADİO