Ermənilərə PARALEL TƏXRİBAT: Göyçə-Zəngəzur Respublikası ideyası düşmənlərə xidmət edir

Son günlərdə sosial şəbəkələrdə “Göyçə-Zəngəzur Respublikası” adlı dövlətin yaradılması ilə bağlı ideya geniş şəkildə tirajlanmaqdadır. Təəssüflər olsun ki, bu cür zərərli siyasi avantüraya nəticələrini düşünmədən dəstək mesajları verənlər də ortaya çıxıb.

Məlumat üçün qeyd edək ki, bu ideya ilk dəfə təqribən bir il öncə ortaya atılıb, lakin bugünkü qədər geniş yayıla bilməyib.

Bu mövzunu ortaya atan şəxs isə Rizvan Talıbovdur. Adıçəkilən şəxs 2005-ci ildə Əli İnsanovun həbsi ilə əlaqədar “Qərbi Azərbaycana Qayıdış” Birliyi adlı qondarma təşkilat yaratdığını elan edib. Elə ilk fəaliyyəti də sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini “yaratması” və ona sədrlik etməsi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan “Qarabağ klanı”nı oyundan çıxarır və YENİ MÜXALİFƏT yaradır


Xuliqanlıqda ittiham olunan R.Talıbova məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib və o, bu müddəti həbsdə keçirib. 2020-ci ilin mayın 9-da bir qrup şəxs qondarma “İrəvan-Türk Cümhuriyyəti” yaratdığını elan etdikdən təxminən bir il sonra - 2021-ci il martın 10-da R.Talıbov “Qərbi Azərbaycana Qayıdış” Birliyinin iclasını keçirib, “Göyçə-Zəngəzur Respublikası” yaratdığını və onun “prezidenti” olduğunu elan edib.

Lakin Talıbovun bu addımları “Qərbi Azərbaycana Qayıdış” Birliyinin üzvləri tərəfindən də birmənalı qarşılanmayıb. Təşkilat üzvləri bəyanat yayaraq, R. Talıbovun heç bir toplantı və müzakirə keçirmədən özbaşına bu addımı atdığını və sədrlik vəzifəsindən uzaqlaşdırılmalı olduğunu qeyd ediblər. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Urud) qeyd edib ki, bu, ölkəmiz üçün olduqca zərərli təbliğatdır:

“Onu yayanlar hansısa ölkənin xüsusi xidmət orqanlarına bilərəkdən, ya bilməyərəkdən qulluq edən adamlardır. Bu gün Azərbaycanın nə Göyçəyə, nə Zəngəzura, nə də Ermənistan Respublikasının başqa bir ərazisinə siyasi və hüquqi iddiamız var. Hazırda bizim əsas iddiamız ondan ibarətdir ki, 10 noyabr üçtərəfli bəyanatının bəndləri icra olunsun.

Yerinə yetirilməyən əsas nüanslar isə erməni silahlı güclərinin Qarabağdan çıxması, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlaması və Zəngəzur koridorunun açılmasıdır. 

Bəli, Göyçə də, Zəngəzur da, İrəvan da bizim tarixi torpaqlarımızdır. Lakin beynəlxalq hüquq başqa şeylər tələb edir. Biz belə ideyalar irəli sürməklə erməni separatizminin əlini bir ipucu, dəstək verəcəyik. Bu, lazım deyil.

Gələcəkdə sülh müqaviləsi imzalanarkən şərtlərdən biri bu ola bilər ki, Azərbaycanda erməni əsilli vətəndaşlar yaşayırlarsa, azərbaycanlılar da Ermənistan ərazisinə qayıdıb, yaşaya bilərlər. Bu hüquq və təminat Ermənistan tərəfindən verilməlidir. Bu, yalnız gələcəkdə sülh müqaviləsinin şərti kimi irəli sürülə bilər”.

Musa Urud “Göyçə-Zəngəzur Respublikası” ideyasına sosial dəstəyin olmadığını da qeyd edib:

“Hazırki dönəmdə respublika elan edib, xəritə ortaya qoyub, hətta mühacirətdə olan hökumət elan etmək və onun prezidentini, hökumətini, parlamentini seçirəm demək, erməniyə, Azərbaycana mane olan qüvvələrə xidmət etməkdir.
Özü də bu adamların arxasında heç bir siyasi-ictimai qüvvə yoxdur. Vaxtilə Ermənistandan deportasiya olunmuş soydaşlarımız da bunu dəstəkləmir.

Bizim soydaşlarımızın birləşdiyi bir təşkilat var: Qərbi Azərbaycan ictimai birliyi. Onlar da dünən bəyanat verərək, “Göyçə-Zəngəzur Respublikası” adlı qurumun yaradılması iddiasını, təhlükəli və zərərli addım kimi qiymətləndirdi.

Hesab edirəm ki, vətəndaşlarımız, o cümlədən Ermənistandan deportasiya olunmuş soydaşlarımız da vəziyyəti düzgün qiymətləndirib, belə avantüralara uyaraq, sosial şəbəkələrdə dəstək nümayiş etdirməsinlər. Çünki bu, bizim siyasətimizə uyğun deyil, Azərbaycanın əlehinə işləyən, düşmən dəyirmanına su tökən addımlardır”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

End of content

No more pages to load

RADİO