Yevgeni Mixaylov: “ABŞ Azərbaycanı Rusiyaya daha da yaxınlaşmağa məcbur edir”

"ABŞ Rusiya Federasiyasının sərhədlərində vəziyyətin sabitliyini pozmaq üçün hər cür cəhdlər edir və indi bu minvalla Ermənistanı oynatmağa başlayıb". 

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Rusiyalı politoloq Yevgeni Mixaylov səsləndirib.

Rusiyalı politoloq vurğulayıb ki, ermənilər boş yerə amerikalılara inanırlar, çünki Amerikanın "demokratiya" adı ilə kömək etdiyi bütün ölkələr sonda ya xarabalığa, ya da Amerikadan tam asılı dövlətə çevrilir. Son addımlar Ermənistan üçün də fəlakət ola bilər:

"Rusiya Federasiyası Amerikanın Ermənistanda möhkəmlənməsinə imkan verməyəcək. Artıq bununla bağlı Ermənistana etirazlar çatdırılıb. Ermənistan Rusiyanın oradakı hərbi bazasını NATO  bazası ilə əvəz etmək üçün “KTMT” və “Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından” çıxmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ


Rusiya Ermənistanı öz milli maraqlarına uyğun saxlamaq üçün hər cür səylər göstərəcək. Anlamaq lazımdır ki, Pelosinin Ermənistan səfəri Rusiya Federasiyası üçün yaxşı çağrışdır və bu vəziyyət Azərbaycanı Amerikadan uzaqlaşdıraraq Rusiya ilə daha möhkəm ittifaqa gətirir".

Pelosinin İrəvana səfərinə də münasibət bildirən politoloq qeyd edib ki, Amerika heç bir vəchlə cənubi Qafqaza girə bilməyəcək:

"ABŞ Azərbaycanı Ermənistana hücumda ittiham etdi və bununla da dolayı yolla NATO-nun üzvü, Azərbaycanın tərəfdaşı və təhlükəsizliyinin təminatçısı olan Türkiyəni qınamış oldu. Düşünürəm ki, biz Ermənistanı öz vədlərində ardıcıl olmağa və rəsmi İrəvanın Azərbaycanla imzaladığı 10 Noyabr sülh bəyənatının tərəfdarı olmağa sonadək inandıra biləcəyik. Əks halda amerikalılar bu cür niyyətlə heç vaxt Cənubi Qafqaza girməyəcəklər". 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

Baş nazirin partiyası parlamentdə üstünlüyü təmin etdi

End of content

No more pages to load

RADİO