Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Ağdam rayonunda səfərdə olub.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter“ hesabında məlumat verib.
"Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olub. Səfər zamanı qonağa Ağdamın dağıdılmış dini və tarixi abidələri, şəhərin inkişaf planı haqqında məlumat verilib", - deyə xüsusi nümayəndə paylaşımında qeyd edib.
Bizim.Media



