Daniyar Kasımov: "Azərbaycan faşizmlə müharibə aparır"

Özət:
  • Nikol Paşinyanın öz auditoriyası qarşısında çıxış edərkən üz ifadələri və jestlərinə baxanda, bu siyasətçini Hitlerə bənzədirəm.
  • Almaniyalı faşistyönümlü deputatlar Azərbaycanın  Dağlıq Qarabağ regionuna qanunsuz səfər edirlər.
  • Erməni hərbçilərinin əlində “çirkli bombanın” bütün komponentlərinin olmasına heç şübhə etməsin.

Mən erməni dilini bilmirəm. Lakin Nikol Paşinyanın öz auditoriyası qarşısında çıxış edərkən üz ifadələri və jestlərinə baxanda, bu siyasətçini Hitlerə bənzədirəm. Bu məqamda onu da xatırladım ki, faşist ideologiyası  Ermənistanda hələ Paşinyan  baş nazir olmazdan əvvəl  kök atmağa başlayıb. İndi biz tarixin dərin köklərinə getmək istəmirik.  Bu başqa bir söhbətin mövzusudur. Hələlik günümüzün əsas mövzusundan bəhs etmək istəyirəm. Bir neçə gün bundan əvvəl Gəncəyə yönəldilən raket atəşləri nəticəsində günahsız dinc əhalinin, körpə uşaqların yatdıqları yerdə öldürülməsi mənə Hitlerin müharibənin sonunda etdiklərini xatırladır.

Tarixdən də məlum olduğu kimi, o zaman qudurmuş fürer FAU-2 raketləri ilə Britaniya Londonunu atəşə tutdu. Paşinyanın məqsədləri də, təqribən belədir, o da onun kimi dinc əhalinin qorxutmaq istəyir. Mahiyyətinə görə, bu törədilən cinayət dövlət səviyyəsində terrorizmdir. Əfsuslar olsun ki, erməni hərbçilərinin törətdiyi bu yırtıcı terror aktına dünya ictimaiyyəti çox ögey  münasibət bəsləyir. Burada biz yenə ikili standartlar siyasətinin hərəkətdə olduğun şahidiyik.  Günahsız Azərbaycan vətəndaşının həlak olması  dünya siyasətçilərini demək olar ki, narahat etmir. Onların içərisindən heç birinin müharibə qaydalarını kobud şəkildə pozduğuna görə İrəvan açıq şəkildə qınadığını görmürük. 

Bəli, Qaregin Nijde kimi bir terrorçunun qəhrəmana çevrilməsi siyasəti Paşinyanın hakimiyyətindən əvvəl  başlayıb. Lakin bu hakimiyyət həmin terrorçunu məşhurlaşdırmaqdan çəkinməyib.  Məlumdur ki, II Dünya Müharibəsi illərində Qaregin Nijde  Almaniya faşistləri ilə əməkdaşlıq edib və erməni faşist legionunun yaradılmasında birbaşa iştirak edib.  Erməni legionerləri Şimali Qafqazda və Qərb  cəbhəsində Vermaxtın  tərəfində döyüşürdülər.  Müharibə qurtarandan sonra bu fəaliyyətinə görə  Qaregin Nijde  SSRİ-də mühakimə olundu.

Lakin bu gün faşitlərə işləyən birisini Ermənistan özünə Milli Qəhrəman düzəldib. Bu məndə təəccüb yaratmır. Azərbaycana qarşı növbəti   təcavüzkar müharibə başlanan ərəfədə , Yerevanda  belə bir antisemit hərəkət oldu, o da cəzasız qaldı. Naməlum əclaflar Ermənistanın paytaxtında ucaldılan Holokost abidəsini təhqir etsələr də, hakimiyyətin dişsizliyi ucbatından, bu xuliqanlığı törədilənlər də cəzalanmdı.

Bütün məsuliyyətimlə, belə hesab edirəm ki, onlar  bu vəhşiliyi  İsrailin  Azərbaycan Respublikasını  müasir tipli hərbi sursatlarla təmin etdiyinə görə törədiblər. İnanıram ki, rəsmi Tel-Əviv  erməni faşistlərinin törətdikləri  bu vandalizm aktının qiymətini verəcək. Və bir də ki... Bir neçə gün əvvəl o da məlum oldu ki, almaniyalı faşistyönümlü deputatlar Azərbaycanın  Dağlıq Qarabağ regionuna qanunsuz səfər ediblər. Haqlı olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Bəyənatında vurğulanır ki, “...Şteffen Kotre, Ştefan Koyter, Andreas Qalau, Andreas Kalbits Ermənistanın xeyrinə təbliğat aparan aparıcı qrupun üzvləri hesab olunurlar.  Bundan başqa , bu şəxslər özlərinin nasist və antisemit bəyənatları ilə də fərqlənirlər”.

Burada əlavə şərhə ehtiyac yoxdur. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistanın, gələcəkdə təmiz döyüşdə vuruşmağa gücü yoxdur, buna görə də o  əhali arasında tez-tez terror metodlarından  istifadə etməyə, faşist ideologiyasını təbliğ etməyə üstünlük verəcək. Tarixdən də bildiyimiz kimi, müharibəni uduzan faşistlər  həmin ərəfədə bəşəriyyətə qarşı ən ağlagəlməz cinayətləri törətmişdilər. Unutmaq olmaz ki, bax elə buna görə də,  Ermənistan bu günə kimi  köhnəlmiş Metsamor atom elektrik stansiyasını saxlayır. Erməni hərbçilərinin əlində “çirkli bombanın” bütün komponentlərinin olmasına heç şübhə etməyək. Belə bir silahın tətbiqi Cənubi Qafqazda  təhlükəsizlik və ekologiya üçün görünməmiş  fəlakətlər yarada bilər.

Xüsusi olaraq Bizim Media üçün

Qazaxstandan tarixçi jurnalist Daniyar Kasumov .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Millimiz Belarusa QALİB GƏLDİ

Millimiz Belarusa QALİB GƏLDİ

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Mənzurə 30 min borca düşüb - VİDEO

Mənzurə 30 min borca düşüb - VİDEO

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Dembele yenidən ZƏDƏLƏNDİ

Dembele yenidən ZƏDƏLƏNDİ

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO