“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
“Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media