Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
Görüşdə açılış nitqi ilə çıxış edən Blinken Azərbaycan-Ermənistan sərhədində baş verən incident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Bizim.Media