Parisdəki təxribatlara görə Fransa hökuməti açıqlama verməlidirmi? – Fərid Şəfiyevin ŞƏRHİ

Sentyabrın 12-də və 13-də ermənilərin sərhəddə törətdikləri təxribata qarşı Azərbaycan ordusu layiqli cavab verdi. Düşmən nəinki, geri oturduldu, eyni zamanda xeyli sayda strateji yüksəklik ordumuzun nəzarətinə keçdi.

Təbii ki, Azərbaycanın növbəti uğuru qarşı tərəfdə əməlli-başlı çaşqınlıq yaratdı. Bu çaşqınlıq isə məğlubiyyətlər seriyasını yaşayan erməniləri daha rəzil duruma sürüklədi.

Artıq ermənilər nə etdiklərini bilmirlər. Ona görə də məsuliyyətsiz çıxışlara və müxtəlif təxribatlara əl atırlar. 

Ermənilər Azərbaycanlılara qarşı bu dəfə xarici ölkələrdə təxribatlar törədirlər. Ultramillətçi ermənilər son bir neçə gündə bir-birinin ardınca xarici ölkələrdəki Azərbaycan səfirliklərinin binalarına hücumlar təşkil ediblər. Livandan başlayan təxribatlar Fransaya qədər gedib çıxdı. Bir dəstə başıpozuq səfirliyimizə soxulmağa, binanı yandırmağa cəhd etdi. 

Maraqlıdır ki, Livandakı olayda yerli güc strukturlarının əməkdaşları ermənilərə qarşı tədbirlər görsə də Parisdə bunun əksini gördük. Ermənilərin qeyri-insani hərəkətlərinə fransa polisi loyal yanaşdı.

Hələ onu demirik ki, gürcü polisi anoloji hadisənin Tiflisdə baş verməsinin qarşısını qətiyyətlə və vaxtında aldı. 

Fransızların erməni təxribatına seyirçi qalması bir daha onu sübut etdi ki, bu hadisələr vahid mərkəzdən idarə olunur. Erməniləri idarəedənlərinsə arasında fransızlar da yox deyil.
Bütövlükdə bu təxribatların arxasında Qərbin maraqlı qüvvələri dayanır. Bunun da bir sıra səbəbləri var:

Birincisi,
Qərb Cənubi Qafqaza davamlı sülhün gəlməsini istəmir.

İkincisi, Qərb erməniləri maksimum dərəcədə Rusiyanın təsir dairəsindən çıxartmaq istəyir. Hətta bu yolda ermənilərin fars rejiminə yuvarlanmasına belə Qərb göz yumur.

Üçüncüsü, Qərb zor gücü ilə olsa da özünü Cənubi Qafqazda sülhün tənzimlənməsi prosesinə dürtmək istəyir.

Bu və digər məqsədlərinə çatmaq üçünsə Qərb erməni diasporunun imkanlarından lazımınca bəhrələnə bilir. Çünki, erməni diasporları bir qayda olaraq milli maraqlardan daha çox fəaliyyət göstərdikləri ölkələrin maraqlarına xidmət edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-ya bildirdi ki, ermənilərin arxasında dayananlar erməni diasporudur. 

“Belə addımlar ilk dəfə deyil ki, bizə qarşı atılır. Lakin, bu dəfəki hadisələrdə bir yeniliyi qeyd etmək lazımdır ki, müvafiq ölkələrin hüquq-mühafizə orqanları zəruri tədbirlər görmürlər. Bu da “Diplomatik əlaqələr haqqında” konvensiyalara tam ziddir. Ona görə də Azərbaycan bu məsələni daha ciddi səviyyədə qaldırmalıdır. Fransada baş vermis hadisədə biz görürük ki, polis heç orda yoxdur. Livanda heç olmasa polis nəsə bir addım atmışdı”.

Fərid Şəfiyev onu da əlavə etdi ki, videolarda təxribatçıları aydın görmək olur.

“Bu təxribatçıları asanlıqla tapıb həbs etmək olar. Amma biz bunu da görmürük. Ona görə hesab edirəm ki, bu gedişlə biz də öz yanaşmamızı dəyişməliyik. Bizə necə yanaşırlarsa, biz də o cür münasibət bəsləməliyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

End of content

No more pages to load

RADİO