DSK-larda HAZIRLIQ işləri başlayıb? – Parlamentdən və MSK-dan referendumla bağlı AÇIQLAMA

Son günlər ayrı-ayrı ərazilərdəki dairə seçki komissiyalarının (DSK) fəaliyyətində canlanma müşahidə olunur. Bir neçə DSK-da gec saatlarına qədər, hətta axşam saat 23:00-a qədər işçilərin çalışdığının şahidi oluruq.

Bəziləri hansısa hazırlıqlardan dolayı işlərinin çox olduğunu, bu səbəbdən gərgin iş rejimində olduğunu belə etiraf edirlər. Amma hazırlıqların konkret nə ilə bağlı getdiyini açıqlayan yoxdur. 

Qeyd edək ki, ölkəmizdə referendumun keçiriləcəyi, ələlxüsus da, Milli Məclisdə deputat yerlərinin sayının artırılacağı məsələsi uzun müddətdir ki, müzakirə predmetidir. Bu səbəbdən bir çox siyasilər MSK-nın atdığı addımları referenduma hazırlıq kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa referendumla bağlı məlumatsız olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda referendum keçirilməsi zərurəti varmı? – Deputatların FİKİRLƏRİ


“Ümumiyyətlə belə məsələləri biz son anda xəbər tuturuq. Parlamentə göndərilir və oradan məlumat alırıq. Üstəlik müzakirə üçün vaxt da geniş olmur. Ona görə də hər hansı fikir söyləməkdə çətinlik çəkirəm. Hansı mərhələdə, mövqelərdə belə bir qərarlar qəbul olunması haqda bilgim yoxdur”, deyə deputat əlavə edib. 

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə qeyd edib ki, referenduma hazırlıq dairə seçki komissiyalarından başlamır:

“Bu məsələ ölkə Prezidentindən və Milli Məclisdən başlayır. Ola bilsin ki, dairə seçki komissiyaları məntəqə seçki komissiyalarının formalaşması, seçicilərin yerləşməsi ilə bağlı məsələlərlə məşğuldur. Bilirsiz ki, DSK-ın 300-ü daimi əməkhaqqı ilə təmin olunurlar və daimi işdə olurlar. Ola bilər onların fəaliyyətinin aktiv olması müşahidə edilir. Yenilik bir şey yoxdur”.

Mikayıl Rəhimov konkret canlanma müşahidə edilən dairənin fəaliyyətinə də toxunub. O, deyib ki, Yasamal dairə seçki komissiyasında müəyyən problemlər var:

“Bilirsiz ki, Sovetskidən xeyli insan köçürüldü. Həmin ərazidə yeni binalar tikilib və seçicilərin qeydiyyat məsələsi ilə bağlı işlər gedir. Yeni köçənlərin qeydiyyatı məsələsi həll olunur. Gec saatlara qədər çalışmaları yəqin ki, işlərinin çox olması ilə bağlıdır. Yoxsa, hansısa referenduma dairə seçki komissiyası hazırlaşmaq imkanında deyil.
Ümumiyyətlə DSK-lar istənilən seçki və referendumlara həmişə hazır olmalıdırllar. Əgər belə bir dövlət tədbiri olacaqsa, müvaqif fərman əsasında fəaliyyətlərini həyata keçirirlər. Hazırda dövlət tədbirinin hazırlıq prosesi yoxdur”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Bu kənddə şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər? - Açıqlama

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Leyla “Uzak şehir”in çəkiliş meydançasında - FOTO

Mask: “Aya qayıtmağın vaxtıdır”

Mask: “Aya qayıtmağın vaxtıdır”

Nərimandan sonra o da GEDİR

Nərimandan sonra o da GEDİR

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Corca Meloni Olimpiya Oyunlarına qarşı etiraz edənləri İtaliyanın düşmənləri adlandırdı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Olimpiada-2026: Xokkey turnirinin əsas favoriti açıqlandı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Okampo Azərbaycan haqqında yenidən həyasızcasına yalan danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Nəriman Axundzadə MLS klubuna keçir?

Nəriman Axundzadə MLS klubuna keçir?

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi

End of content

No more pages to load

RADİO