Sahibə Qafarova beynəlxalq sammitdə çıxış etdi - FOTO

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edir. Spiker Sammitin ikinci günündə keçirilən müzakirələrdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Sahibə Qafarova çıxışında bildirib ki, ictimai həyatın bütün sahələrində qadınların iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil.

Bu baxımdan qadın spikerlərin üzərinə mühüm vəzifələr düşür ki, parlamentlərimiz gender məsələsinə daha həssas yanaşma ortaya qoysun.

Qadınların məşğulluq sahəsində üzləşdiyi problemlərdən danışan Milli Məclisin sədri deyib ki, məşğulluqda qeyri-bərabərliyin, genderlə bağlı problemlərin əsas səbəblərindən biri təhsildədir.

Bu gün hamını əhatə edən inklüziv cəmiyyətin yaradılmasından danışırıqsa, təhsilin gücləndirilməsinə və bu sahədə bərabər imkanların hüquqi əsaslarının təmin edilməsinə daha çox diqqət yönəldilməlidir.

Bu, qadınların siyasətdə, iqtisadiyyatda və digər sahələrdə səlahiyyətlərinin artırılmasına maneələrin aradan qaldırılmasına daha çox kömək edəcək.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurları barədə məlumat verərək, bildirib ki, ölkəmizdə məşğul əhalinin ümumi tərkibində qadınların xüsusi çəkisi 48 faizdən artıqdır. Dövlət qulluğunda qadınların xüsusi çəkisi 28 faizə yaxındır.

Onun sözlərinə görə, parlamentlərin nəinki gender problemlərinin həllinə yönəlmiş qanunlar qəbul etmək, həm də onların icrasının təmin edilməsində rol oynamaq üçün kifayət qədər səlahiyyətləri var. Məhz bu məqamda parlamentlə hökumətin əməkdaşlığı əhəmiyyət kəsb edir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda gender məsələləri üzrə dövlət siyasətini həyata keçirən əsas dövlət orqanı 1998-ci ildə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə öz fəaliyyəti barədə parlamentə hesabat verir. Parlamentimizdə gender əsaslı qanunlar üzərində işləyən Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi mövcuddur.

Hər iki komitənin sədri qadındır. Deməli, gender bərabərliyi sahəsində qanunların hazırlanması, qəbul edilməsi, tətbiq edilməsi prosesinin özü də gender baxımından önəmlidir.

Qeyd edək ki, Qadın Parlament Sədrlərinin 14-cü Sammiti Daşkənd Bəyannaməsinin qəbulu ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

End of content

No more pages to load

RADİO