Ləğv olunma təhlükəsi olan PARTİYALARDAN AÇIQLAMA – “Bu qanun layihəsi saxtakarlığa sövq edir”

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ictimaiyyətə təqdim edilib.

Layihəyə əsasən, qanunun qəbulundan sonra üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Üzv sayı 10 mindən aşağı olan partiyalardan biri də Respublikaçı Alternativ Partiyasıdır.
REAL-ın icra katibi Natiq Cəfərli sözügedən məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında qanun layihəsinin ümumilikdə qəbuledilməz olduğunu qeyd edib:

“Yaxşı ki, bu hələlik layihədir, qanun deyil. Ümid edirik ki, ən azı ictimai müzakirələrdən sonra normal layihə ortaya çıxacaq. Biz öz təkliflərimizi vermişik, göndərməyə də davam edəcəyik. Problem burasındadır ki, siyasi partiyaların fəaliyyəti saydan asılı deyil, bu ideoloji məsələdir. Dünyanın bir çox ölkələrində, ümumiyyətlə, partiyalara üzvlük məsələsi yoxdur”.

REAL icra katibi əlavə edib ki, partiyanın üzv sayı təbii olaraq artır:

“Hər ay, 100-150, yay aylarında isə bir qədər aşağı sayda yeni üzvlər qəbul edilir. Biz partiyanın üzv sayını artırmaqla məşğul olmuruq. Üzv sayının partiyanın işinə heç bir aidiyyatı yoxdur. Ötən dekabrda sayımız 4 mindən artıq idisə, yəqin ki, hal-hazırda 5 minə yaxınlaşıb. Amma bu o demək deyil ki, biz qohum-əqrəbamızı gətirib, partiyamıza üzv edək. Bu, saxtakalığın bir növüdür. Partiyaları saxtakarlıqla say artırılmasından çəkindirmək lazımdır. Bu qanun layihəsi isə saxtakarlığa sövq edir”.

Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli isə bildirib ki, partiyanın qurultayına qədər üzvlərin sayının artırılması istiqamətində işlər görüləcək:

“Partiyamız yeni qeydiyyatdan keçidiyi dövrdə üzvlərimizin sayı 1826 nəfər olub. Hal-hazırda isə bu say 2300 nəfəri keçib. Yəqin ki, yeni qurultayadək üzv sayını 10 minədək çatdırmağa çalışacağıq. Ancaq yaxşı olardı ki, müəyyən edilən say həddi bir qədər aşağı salınsın. Eyni zamanda rayon şöbələrimizin sayının artırılması da nəzərdə tutulur.
Belə ki, hal-hazırda 57 rayon şöbəmiz fəaliyyətdədir. 10 min nəfər üzv sayına çatmaq üçün orta hesabla hər şöbəyə 200-ə yaxın şəxs cəlb etmək lazımdır. Lakin istənilən halda layihə ilə bağlı mən də öz təkliflərimi vermişəm, hal-hazırda da müzakirələr davam edir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

End of content

No more pages to load

RADİO