Kraliça II Elizabetin ölümü ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binası və səfirin iqamətgahında dövlət bayrağı endirilib. Eyni zamanda, Kraliçanın ölümü ilə bağlı öz ürək sözlərini yazmaq istəyənlər üçün matəm kitabı açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Dünyanın müxtəlif ölkələrində yaşayan və öz hislərini bölüşmək istəyən şəxslər isə ürək sözlərini online açılan matəm kitabına yaza bilərlər”, - bildirilib.
Qeyd edək ki, Kraliçanın ölümü ilə bağlı səfirlik tərəfindən hər hansı tədbirin keçirilməsi nəzərdə tutulmur.
09.28
Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya səfirliyindən bildirilib.
Qeyd olunub ki, Kraliçanın vəfatı ilə əlaqədar həm səfirin iqamətgahında həm də səfirlikdə bayraqlar endirilib.
Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da bununla bağlı "Twitter" hesabında paylaşım edib.
Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-də vəfat edib.
Bizim.Media