Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən komissiyanın tərkibinə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti də əlavə edilib.
Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.
Bizim.Media