Sahibə Qafarova özbəkistanlı həmkarı ilə görüşdü

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də bu ölkənin Ali Məclisi Senatının (Oliy Məclisi Senatı) sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Senatın sədri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərdən danışıb.

O, əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana bu ilin iyun ayında baş tutan dövlət səfərinin münasibətlərimizdə yeni səhifə açdığını söyləyib, dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizə müsbət impuls verdiyini bildirib.
Onun sözlərinə görə, dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafı qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirib.

Tənzilə Narbayeva xüsusilə son dövrlərdə daha da sıx xarakter alan qarşılıqlı təmasların, səfərlərin bu sahəyə verdiyi mühüm töhfələri vurğulayıb.

Senatın sədri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə, o cümlədən Şuşa şəhərinə səfər etdiklərini, ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işlərini qeyd edib.

O, Qarabağın və Şuşa şəhərinin gözəlliyindən danışaraq, səfərlə bağlı dərin təəssüratlarını bölüşüb.

Özbəkistan Ali Məclisi Senatının sədri Daşkənddə sabah öz işinə başlayacaq Qadın Spikerlərin 14-cü Sammitinə hazırlıq məqsədilə görülən işlər haqqında məlumat verib, Azərbaycan parlamentinin sədrinin tədbirdə iştirakına görə təşəkkürün edib.

Sahibə Qafarova isə dost və qardaş ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib.

Spiker Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini, son illərdə isə daha da genişlənərək, tərəflər arasında əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu və qarşılıqlı səfərlərinin xüsusi vurğulayıb. Spikerin sözlərinə görə, Azərbaycan və özbək xalqları ortaq tarixə, dil və mədəniyyətə, oxşar ənənələrə malikdir. Bu yaxınlıq bütün sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini bildirən Milli Məclisin sədri xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsində Özbəkistanın hər zaman bizim yanımızda olduğunu vurğulayıb.

Qeyd olunub ki, bu gün bir çox beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Azərbaycan hazırda öz imkanları hesabına ən müasir texnologiyaları tətbiq edərək, həmin əraziləri yenidən qurur.
Bu gün Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı kimi nüfuzlu beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir.

O, Şuşa şəhəri və Qarabağın digər bölgələri haqqında xoş sözlərinə görə Tənzilə Narbayevaya təşəkkür edib, həmçinin, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəbin inşa edilməsinə görə minnətdarlığını bildirib. Spiker bunu dost münasibəti kimi qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

End of content

No more pages to load

RADİO