ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikour bu həftə region ölkələrinə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
"O, Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq, regionun əsas problemləri ilə bağlı müzakirələr aparacaq" - deyə məlumatda qeyd edilib.
Bizim.Media