Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi bu gün öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, artıq ziyarətçilər Baku Expo Mərkəzinə buraxılır.
İlk olaraq sərgi ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler tanış olublar.
Qeyd edək ki, bu gündən başlayaraq sentyabrın 8-dək Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək.
Bizim.Media