Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
Səfirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan danışılıb.
Polad Bülbüloğlu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi imkanları da müzakirə mövzusu olub.
Bizim.Media