Müxalifət sıralarını tərk edib, deputat seçilən siyasətçilər – ARAŞDIRMA 

Ölkəmizdə siyasi mövqeyini uzun müddət qoruyan siyasətçilərlə yanaşı, fərqli cəbhələrdə təmsil olunanların sayı da kifayət qədərdir. Xüsusən də, Azərbaycan siyasətində müxalifət partiyalarının üzvü olub, sonradan həmin təşkilatları tərk edənlərin sayı heç də az deyil.

Onlardan bir qismi fərqli partiyaların üzvü kimi müxalifət mövqeyində qalmağa davam edir. Bəziləri də ya bitərəf mövqe tutub, ya da iqtidar partiyasına keçid edib.
Milli Məclisdə mandat alan deputatlar içərisində də bu cür şəxslərin sayı heç də az olmayıb.

Bizim.Media müxalifət sıralarını tərk etdikdən sonra parlamentdə mandat alan siyasətçiləri araşdırıb.

Musa Qasımlı

Artıq 3 çağırışdır ki, seçicilərinin etimadını qazanaraq Milli Məclisdə təmsil olunan Musa Qasımlı daha əvvəl Müsavat partiyasının üzvü olub. Belə ki, deputat 2003-ci ilə qədər bu partiyanın funksioneri olub. Daha sonra bitərəf mövqe seçən M. Qasımlı bu addımından 7 il sonra, 2010-cu ildə keçirilən parlament seçkilərində 42 saylı Sumqayıt seçki dairəsindən millət vəkili seçilib.

Əli Məsimli

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan Əli Məsimli də 1989-2004-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. O partiyanın iqtisadiyyat komissiyasının sədri, iqtisadi məsələlər üzrə sədr müavini kimi vəzifələri də icra edib. 2004-cü ildən etibarən siyasi karyerasını bitərəf olaraq davam etdirməyə başlayan Əli Məsimli, cəmi bir il sonra 2005-ci ildə parlamentə mandat qazanmağı bacarıb.

Rasim Musabəyov

2010-cu ildən etibarən Milli Məclisdə mandat qazanan Rasim Musabəyov 12 ilə yaxın müddətdə müxalifət cəbhəsində təmsil olunub. O, 1993-95-ci illərdə Doğru Yol, 1995-2005-ci illərdə isə Müsavat partiyasının üzvü olub. 2005-ci ildə müxalifətdən ayrılan Musabəyov 5 il sonra parlament seçkilərində uğur qazanıb.

Nizami Cəfərov

Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov da vaxtilə Müsavat partiyasının üzvü olub. O, 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyindən bir müddət sonra təmsil olunduğu partiyadan ayrılaraq, Yeni Azərbaycan Partiyasına keçib. Bundan 7 il sonra, 2000-ci ildə isə Nizami Cəfərov parlamentə mandat qazanıb və artıq 22 ildir ki, Milli Məclisin deputatıdır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

Moskvada yaralanan generalın SON DURUMU

Moskvada yaralanan generalın SON DURUMU

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

End of content

No more pages to load

RADİO