İlham Əliyev BƏƏ Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. 
Azərbaycan Respublikası ölkənizlə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm. 

Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir.

Eyni zamanda, bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur.

Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Birləşmiş Ərəb Əmirliklərinin xalqına daim rifah və firavanlıq diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gördüm "Range Rover", "S-class"ı və restoranı olan, oliqarx oğlandır"

"Gördüm "Range Rover", "S-class"ı və restoranı olan, oliqarx oğlandır"

Fevralın 9-da bu bayram qeyd olunur

Fevralın 9-da bu bayram qeyd olunur

Gənclərdə bağırsaq xərçənginə səbəb olan 3 ƏSAS AMİL

Gənclərdə bağırsaq xərçənginə səbəb olan 3 ƏSAS AMİL

Külək əsəcək, qar yağacaq – GÜNÜN HAVASI

Külək əsəcək, qar yağacaq – GÜNÜN HAVASI

Əmrah övladlarına görə məhkəməyə üz tutdu - FOTO

Əmrah övladlarına görə məhkəməyə üz tutdu - FOTO

"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

Moskvada yaralanan generalın SON DURUMU

Moskvada yaralanan generalın SON DURUMU

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

End of content

No more pages to load

RADİO