İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir

Bizim Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə verdiyi müsahibəsində bildirib.

Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər, əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər.

Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər.

Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanırdı – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış.

Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm.

Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqsanə həbsdən çıxdıqdan sonra ilk dəfə həyat yoldaşı ilə ayrılıq iddialarından DANIŞDI - VİDEO

Rəqsanə həbsdən çıxdıqdan sonra ilk dəfə həyat yoldaşı ilə ayrılıq iddialarından DANIŞDI - VİDEO

İran Aİ ölkələrinin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi TANIDI

İran Aİ ölkələrinin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi TANIDI

Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlərin söküləcəyi bildirilir - VİDEO

Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlərin söküləcəyi bildirilir - VİDEO

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional təhlükəsizliyi MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

“Yuventus” daha bir türk futbolçu TRANSFER EDİR

“Yuventus” daha bir türk futbolçu TRANSFER EDİR

Lənkəranda AİLƏ FACİƏSİ: Kişi 61 yaşlı arvadını öldürdü - FOTO

Lənkəranda AİLƏ FACİƏSİ: Kişi 61 yaşlı arvadını öldürdü - FOTO

Vaşinqtonda fövqəladə vəziyyət ELAN EDİLDİ

Vaşinqtonda fövqəladə vəziyyət ELAN EDİLDİ

Leyladan İRAD: “Belə getsə, sonumuz bərbad olacaq!” - FOTO

Leyladan İRAD: “Belə getsə, sonumuz bərbad olacaq!” - FOTO

“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Millimiz Belarusa QALİB GƏLDİ

Millimiz Belarusa QALİB GƏLDİ

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Mənzurə 30 min borca düşüb - VİDEO

Mənzurə 30 min borca düşüb - VİDEO

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Dembele yenidən ZƏDƏLƏNDİ

Dembele yenidən ZƏDƏLƏNDİ

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

End of content

No more pages to load

RADİO