Tayvan konfliktinin iqtisadi TƏSİRLƏRİ – Çinə Zəngəzur dəhlizi nə üçün lazımdır?

Tayvan məsələsi ölkəmizin siyasi gündəmində olmasa da hələ də beynəlxalq siyasətin ən aktual problemi olaraq qalır. Hazırda Rusiyanın Ukraynada düçar olduğu uğursuzluqları yaxından araşdıran Çin ABŞ-ın onun üçün qurduğu Tayvan tələsindən maksimum qorunmağa çalışır. Bununla belə Tayvandan vaz keçmək fikrində də deyil. Rəsmi Pekin bütün detalları icəliklə saf-çürük edir ki, Rusiyanın Ukraynada başına gələnləri o da Tayvanda yaşamasın.

Bizim.Media araşdırmasında isə fəqrqli tərəflərə toxunmağa cəhd edib. 

Qeyd etdiyimiz konteksdə Çin-Tayvan münasibətləri dünya iqtisadiyyatı, eləcə də Azərbaycana təsir edə biləcəkmi?

İqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, Çin-Tayvan münaqişəsinin iqtisadiyyata təsirlərini doğru proqnoz etmək üçün Çin-Amerika münasibətlərinin bu gün və sabahı haqqında müfəssəl məlumata malik olmaq lazımdır:

“ABŞ-nin gələcəə addımları Çin-Tayvan münasibətlərinə, o cümlədən Çin idxal həcminə ciddi təsir göstərəcək. Tayvan vasitəsi ilə ABŞ-ın Çinə təzyiqi bütün dünyada bəlli bir məsələdir. Fərqli illərdə də ABŞ tərəfindən Çin iqtisadiyyatına qarşı elan edilməmiş müharibələr olub. Amma bu təzyiqlərin uzunmüddətli olacağını demək olmaz. Çünki ABŞ Çinin Rusiyanı gizli və ya aşkar dəstəkləməsinin qarşısını almaq üçün Çin tərəfdən bir öhdəlik götürülərsə, Ağ Ev Tayvan məsələsində daha yumşaq davranacaq”.

Ekspert qeyd edib ki, ABŞ-nın Çinə qarşı münasibətini müşahidə etmək üçün hələ müharibə başlamamışdan öncə, bu ilin fevral ayının əvvəllərində ABŞ-da fəaliyyət göstərən 32 Çin şirkətinə tətbiq olunan sanksiyaları yadımıza salaq:

“Bir neçə gün əvvəl isə ABŞ-də bir qanun layihəsi qəbul olundu. Bu qanuna görə, artıq ABŞ-də fəaliyyət göstərən Çin şirkətlərinə orada investisiya həcmlərinin genişləndirilməsi qadağan olunub. Problemin kökündə Tayvan məsələsi durur. Çin-Tayvan münasibətləri Çin-ABŞ münasibətlərinin görünən üzüdür. ABŞ-də bu qanun davamlı olaraq qüvvədə qalsa da, şirkətlərin mövcudluğu məhdudlaşdırılmır, lakin genişləndirilməsi də mümkün deyil”.

Son olaraq bildirək ki, yaxın bir neçə ay üçün dünya iqtisadiyyatı inflyasiya ilə üz-üzə dursa da, Çindən idxal olunan məhsul və mallarda ciddi boşluq gözlənilmir.

“Hər bir siyasi qanun, ələlxüsus da, iqtisadi tənzimləmə qanunun real iqtisadi göstəricilərə təsiri böyük olur. Buna baxmayaraq Çin məhsullarının idxalında mənfi tendensiya yaranmayıb və yaranmayacaq”.
 

Bu məsələnin Azərbaycana təsiri şübhəsiz ki, yox deyil. Çinin idxalında tranzit rolunu oynayan ölkəmiz yaranmış situatsiyada qazanclı görünə bilər. Bu məsələdə Zəngəzur dəhlizi bir daha öz aktuallığı ilə diqqət mərkəzində qalmış olur.


Dünyanın ən qısa və ən təhlükəsiz bu yolu, Şərqlə Qərb, hətta konflikt şəraitində yaşayan ölkələr üçün də həyati əhəmiyyət kəsb edir. Siyasətdə sağ vurub, sol göstərmək priyomları olduğundan, Tayvanda Çinin damarına basmaq öz mahiyyətində əsasən iqtisadi niyyət gizlədir. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO