ABŞ-ın Cənubi Qafqaz strategiyası - II Hissə  

ABŞ-ın regionla bağlı xarici siyasətinə lobbiçilik və ideologiya böyük təsir göstərir.  

Bizim.Media Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə (CQTM) istinadən xəbər verir ki, hazırda Konqresdə erməni koukusuna Aşağı Palatanın (AP) sədri N.Pelosi, Senatın xarici əlaqələr komitəsinin rəhbəri B.Menendez, AP kəşfiyyat komitəsinin rəhbəri A.Şif başda olmaqla 122 senator və konqresmen daxildir.  
 

MÖVZU İLƏ BAĞLI:

Amerikanın Cənubi Qafqaz strategiyası - I Hissə


Bu isə 535 üzvdən ibarət Konqresin təxminən ¼-nin ermənipərəst deputatlardan təşkil olunması deməkdir.

ABŞ konstitusiyasına görə AP sədri prezident və vitse-prezidentindən sonra ölkədə üçüncü şəxs hesab olunur, qanun aktları isə öncə Konqresin müvafiq komitələrində hazırlanır.  
İndiyə qədər erməni koukusu Azərbaycana qarşı 10-a yaxın əhəmiyyətli düzəliş qəbul edib.

Erməni diasporunun Konqresdəki mövqeləri Ağ Evi də öz xarici siyasətində Ermənistana münasibətdə diqqətli olmağa, Azərbaycana qarşı isə öz maraqlarına zidd olan yanaşmanı sərgiləməyə məcbur edir.    

ABŞ Konstitusiyasına görə prezident seçkilərində qələbə seçicilər kollegiyasının əksər səslərini toplamış şəxsə çatır. Qələbə üçün 538 səsdən 270-ni toplamaq tələb olunur. Kollegiyada səslər əhali sayına uyğun ştatlar arasında bölüşdürülür.  

Ən çox səs (55) Kaliforniya ştatındadır. ABŞ-da erməni əsilli vətəndaşların böyük hissəsi Kaliforniyada məskunlaşıb.

Qanunvericiliyə görə ştatlarda səslərin əksəriyyətini toplamış namizəd, ştata ayrılan bütün səsləri qazanmış olur. 55 səs qələbə üçün tələb olunan 270 səs çoxluğunun təxminən ¼ hissəsini təşkil edir.  

Bu fakt namizədləri ermənilərin maraqlarını nəzərə almağa, seçki kampaniyası zamanı böyük vədlər verməyə məcbur edir. Eyni şəxs iki dəfə prezident seçilə bildiyinə görə bu faktor seçkilərdə qalib gəldikdən sonra da 4 ilini 8 ilə çevirmək istəyən prezidentlərə təsirini saxlamış olur.   

Erməni lobbisinin tərkibində daşnakların mövqeləri çox güclüdür. Öz növbəsində daşnakların N.Paşinyan ilə ciddi ziddiyyətləri var. Lobbi Ermənistanın Türkiyə və Azərbaycanla sülh prosesinə mane olmağa çalışır.  


Yanvarın 16-da Ermənistana və separatçılara 1989-cu ildən indiyə qədər 917 mln.$ ianə etmiş “Erməni  Fondunun” prezidenti H.Sasunyan N.Paşinyanın xarici siyasətini tənqid edən məqalə dərc etdi. Müəllifə əsasən, Türkiyə Ermənistandan sülh müqaviləsi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsini, bununla da “və Naxçıvandan birdəfəlik imtina etməsini” və Zəngəzur dəhlizinə icazə verməsini tələb edir.  

Diasporun Ermənistan iqtidarı ilə qarşıdurması birtərəfli deyil. II Qarabağ müharibəsi “məğlubedilməz erməni ordusu” mifi ilə yanaşı, “hər şeyə qadir erməni diasporu” mifini də alt-üst etdi. N.Paşinyan separatçı rejimin beynəlxalq tanınması ilə bağlı çağırışlar etsə də, erməni diasporu heç bir ölkəni Qarabağın müstəqilliyini tanımağa məcbur edə bilmədi.  

D.Trampın hakimiyyət illərinə isə Azərbaycan ABŞ-dan 200 mln.$-a qədər silah-sursat əldə etdi. Bunlar diasporun Ermənistandakı nüfuzuna güclü zərbə endirdi.

ABŞ-ın CQ-da uğurlu xarici siyasətinə və regional sabitliyə erməni lobbisi daima mane olmağa çalışırlar.  

Bu Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsinə mane olmaq, qondarma “soyqırımın” ABŞ təhsil sisteminə “Armenian  Education Act” sayəsində daxil olmasına, Azərbaycana hərbi yardımı, Türkiyəyə isə F-16 qırıcı təyyarələri satmağı qadağan edən 724 və 478-ci düzəlişlərin qəbuluna cəhdlərdə özünü biruzə verir.  

Maraqlı müşahidə: Konqresin ermənipərəst üzvlərinin əksəriyyəti dünyada parlaq rusofob siyasətçilər kimi tanınırlar. Bu fakt ABŞ və Rusiyadakı erməni diasporlarına bir-biri ilə uğurlu əməkdaşlıq etməsinə də mane olur.
 

Lakin Rusiyaya qarşı amansız olan ABŞ nədənsə Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistana məhz erməni lobbisinin fəaliyyəti nəticəsində mülayim münasibət sərgiləyir. 


Ümumən, erməni lobbisinin destruktiv fəaliyyəti Azərbaycanda ABŞ haqqında mənfi imicin formalaşmasına təsir göstərir. Lobbiçiliyin vaxtaşırı praqmatik siyasətə üstünlük gəlməsi ABŞ-ın qərəzsiz və etibarlı tərəfdaş olma imkanlarına şübhələr yaradıb, ABŞ-ın xarici siyasətini natamam sistem kimi qavranılmasına səbəb olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO