Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur.

Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.

“İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.

İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.

Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri badam emalı zavodu isə “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal müəssisəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat veriblər.

Qeyd edilib ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salıb.

Bildirilib ki, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.

Onu da deyək ki, “Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı.

Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.
Müəssisə əhalinin məşğulluq məsələsinin həllinə də töhfə verir. Burada 130 nəfər daimi işlə təmin olunub.

Bizim.Media





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erməni idmançıların təxribatının qarşısı alındı

Erməni idmançıların təxribatının qarşısı alındı

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

End of content

No more pages to load

RADİO