ABŞ Çini hökmən müharibəyə cəlb edəcək – Bəs niyə TAYVAN? 

Ötən gün sivilizasiya daha bir həyəcan yaşadı. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosin Tayvana səfər etdi. Bu uçuş təbii ki, Çinin qəzəbinə səbəb oldu. Kommunist rejimi bəyan etdi ki, “palata sədrinin təyyarəsi Tayvanın hava məkanına daxil olsa raketlə vurulacaq”. Bununla paralel Çin höküməti bir sıra ordu qüvvələri hazır vəziyyətə gətirdi. 

ABŞ-dan növbəti manevr

Vəziyyətin gərginliyini görən Ağ Ev təcili bəyanat yaydı ki, “bu səfər rəsmi deyil və ABŞ dövlətinin rəsmi mövqeyini əks etdirmir”. Onu da qeyd edək ki, məlum səfərdən saatlar öncə rəsmi Vaşinqton bəyan etmişdi ki, “ABŞ Tayvanın müstəqilliyini tanımağa hazırlaşmır”.

Bütün bunlarla tarıma çəkilmiş əsəblər bir qədər sakitləşdirdi. Amma bölgədə gərginlik qalmaqdadır. Bəs dünən baş verənlər, gözlənilməz səfər nəyə hesablanıb?
 

MÖVZU İLƏ BAĞLI:

Çin lideri: "ABŞ-ın bircə təxribatını belə qaçırmamaq üçün..."


ABŞ Çini çökdürmək məqsədindədir

Təbii ki, bunlar hamısı ABŞ-ın dünya hegemonluğuna gedən yolda növbəti uğurlu addımıdır. Baxmayaraq ki, Pelosinin Tayvana getməsinin məsuliyyətini Ağ Ev öz üzərinə götürmədi. Amma hər kəs bilir ki, bu sadəcə gərginliyi azaltmağa yönəlik bir addımdır. Özlüyündə isə bu səfər rəsmi Pekini test eləmək üçün bir vasitə və Ağ Evin böyük planının bir parçasıdır. Və gözlənildiyi kimi testin nəticələri də pozitiv çıxdı. Çin nə qədər inadkar görünsə də müharibə həvəsində olmadığı məlum oldu. Eyni zamanda, ABŞ qarşısında geri çəkildi. Amma nəzərə alaq ki, gərginlik qalmaqdadır.

ABŞ hər vasitə ilə Çini hansısa müharibəyə cəlb eləmək və bununla da onun günbəgün artan iqtisadi qüdrətini durdurmaq istəyir. Çünki, hazırda ABŞ-ın qarşısında dayanan yeganə güc Çindir. Ukrayna-Rusiya müharibəsini başlatmaqla Vaşinqton həm Rusiyanı, həm də Aİ-ni xeyli dərəcədə zəiflətdi. İndi həm Avropa dövlətləri, həm də Rusiya bu münaqişəni ən qısa zamanda durdurmağa və bu müharibənin vurduğu iqtisadi ziyanları aradan qaldırmağa səfərbər olub. 

Niyə məhz Tayvan?
 

Tayvan tarix boyu həssas yer olub. XII əsrdən Çinin tərkibinə cəlb edilsə də gah hollandlar, gah ispanlar bu ada üzərində ağalıq ediblər. 1895-1945-ci illər aralığında 50 il Yapon imperatorluğuna tabe olsa da yenidən Çin Respublikasının tərkibinə qaytarılıb.


Yaponların İkinci Dünya Müharibəsindəki məğlubiyyəti Çinə bu fürsəti tanıyıb. Amma güc mərkəzləri Tayvanı həmişə münaqişə ocağı kimi saxlamaqda maraqlı olublar. Burada tayfa və etnik zəmində qarşıdurmalar da buna əsas verib. Tayvan heç vaxt Çin əsarətini mənən qəbul etməyib. 70-ci illərdən abşlayaraq iqtisadiyyatının inkişafı isə özünü daha müstəqil aparmaq fürsəti tanıyıb. Separatçılığa meyilli bölgə kimi dünyanın əsas ocaqlarından biri kimi tanınır. Yəni Tayvan Çinə təsir etməyin daha bir vintidir. Ona görə də ABŞ ali məqsədinə çatmaq üçün bu həmlədən də davamlı yararlanır. Nəzərə alaq ki, Vaşinqton uzun illər çalışır ki, Çini hansısa müharibəyə cəlb etsin. Bunun üçün Yaponiyanı və Hindistanı münaqişəyə təşviq etdi, lakin alınmadı.

Nəhayətdə, Tayvanın üzərində dayandı. Çünki, Tayvan Çin dövləti və Çin xalqı üçün həssas nöqtədir.

Bütün müsəlmanlar üçün Qüds, bütün yəhudilər üçün Yerusəlim hansı anlam daşıyırsa çinlilər üçün də Tayvan o qədər müqəddəsdir. Ona görə də ABŞ Çini daha həssas yerindən vurmaq istəyir. Onu da xatırladaq ki, ABŞ tarix boyu heç bir ölkəylə açıq müharibəyə getməyib. O, hər zaman təşviqçi və təhrikçi olub. İndi də Çini Tayvana və yaxud əksinə Tayvanı Çinə qarşı müharibəyə təhrik edir.

Təsadüfi deyil ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ötən gün bildirib ki, "biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik". Yəni rəsmi Pekin Ağ Evin hansı niyyətdə olduğunu çox gözəl bilir. Amma Çin özünü ABŞ-ın məkrindən nə qədər qoruya biləcək? Bu suala indiki vaxtda cavab vermək çox çətindir. 

Beynəlxalq güclər etiraz edir
 

Aydın olan isə odur ki, ABŞ-ın dünya hegemonluğuna gedən yolda ən son maneə olan Çini də bütün vasitələrlər neytrallaşdırmaq istəyir. Maraqlıdır ki, artıq insidentlə bağlı beynəlxalq aləmdən reaksiyalar gəlməkdədir.


Məsələn, ötən gecə BMT ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ətrafında yaranmış vəziyyətdə BMT Baş Assambleyasının “vahid Çin” haqqında müvafiq qətnaməsini rəhbər tutduğunu bildirdi. Rusiya XİN isə "Tayvan Çinin tərkib hissəsidir"-dedi. Amma bu fikirlər ABŞ-ı çətin ki, öz niyyətindən döndərə. Ona görə də dünyanının yeni münaqişə ocağına hamilə olduğu göz önündədir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erməni idmançıların təxribatının qarşısı alındı

Erməni idmançıların təxribatının qarşısı alındı

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq”

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

Fəzail Ağamalı VƏFAT ETDİ

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

“Xarici agentlərin” videolarına “like” qoyan izləyicilər CƏRİMƏLƏNİR

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

End of content

No more pages to load

RADİO