Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp minatəmizləmə əməliyyatları ilə tanış olub.
Bizim.Media xəbər verir ki, səfir bununla bağlı "Twitter" hesabında paylaşım edib.
“Bu mina aşkarlayan it idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək”, - deyə səfir qeyd edib.
Bizim.Media