İsrail-İran GƏRGİNLİYİ – Azərbaycana necə təsir göstərəcək?

“Azərbaycan xarici siyasətinə mehriban qonşuluq prinsiplərinə əsaslanaraq həm İran, həm də İsraillə münasibətlərin qorunmasını dəstəkləyib. Ən çətin zamanlarda İsrail Azərbaycanı həm siyasi, həm də hərbi-texniki cəhətdən dəstəkləyib. Bundan əlavə, dünyada fəaliyyət göstərən yəhudi lobbisi də ikinci vətən hesab etdikləri Azərbaycanının mövqeyini tam şəkildə müdafiə edib. Hər iki Qarabağ müharibəsində İsrailin Azərbaycana olan dəstəyi danılmazdır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İsraildən Dəməşqə Hava hücumu: İrana məxsus silah anbarı məhv edildi


Belə ki, İran və İsrailin ölkəmizdəki səfirlikləri arasında diplomatik gərginliyi şərh edən politoloq qeyd edib ki, cənub qonşumuz Tel-Əvivdən fərqli olaraq Azərbaycana mənfi münasibət sərgiləməyə davam edir: 

“Dini, tarixi, milli baxımdan Azərbaycanla əlaqə bağlantısı çox olan İran nədənsə Qarabağ münaqişəsi məsələsində daim əks cəbhədə olan Ermənistanı müdafiə etməkdə canfəşanlıq göstərib. Təbii ki, bu da öz növbəsində Azərbaycan üçün qəbuledilməz addım hesab olunur. Burada əsas məsələ İranın iqtisadi maraqlarıdır. Onsuz da sanksiyalar altında inildəyən İranın yeni iqtisadi itkilərlə qarşılaşmaq istəməməsi başa düşüləndir. Lakin bunu Azərbaycana qarşı təhdidlər, hədələr süzgəcindən yox, mehriban qonşuluq siyasəti üzərindən etməklə əməkdaşlıq qurmaq lazım idi”. 

Amid Əliyev qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən hər iki ölkənin səfirlikləri arasında münasibətlərdə gərginlik pik həddə çatıb:  

“Rəsmi İran daha doğrusu, İranın dini radikal birlikləri Azərbaycanda İsrail şirkətlərinin mövcudluğunu və  Qarabağda iştirakını qırmızı xəttin keçilməsi kimi qiymətləndirib. Azərbaycan bu il ərzində İranın siyasi rəhbərliyi ilə iki dəfə rəsmi görüş keçirib və münasibətlərin normallaşması üçün müvafiq addımlar atıb. Lakin görünən odur ki, İrandakı dini radikal qüvvələr tamam başqa fikirdədirlər”. 

Müsahibimizin fikrincə, İran və İsrail arasında münasibətlərin kəskinləşməsi və bunun Azərbaycana proeksiya olunması və eləcə də İranla münasibətlər Tehranın növbəti addımlarından asılı olacaq: 

“Hamıya yaxşı məlumdur ki, İran Qərbin hədəfindədir. Artıq 40 ildən çoxdur ki, Qərb bu ölkənin siyasi rejimini hər vəchlə devirmək fikrindədir. Belə olan halda İran həm Azərbaycan, həm də İsraillə münasibətlərin normallaşmasına xidmət edən addımlar atmalıdır. Əks halda bu, İran üçün heç də arzuolunan nəticələr verməyəcək.  
​​​​​​​

İran sətiraltı olsa da, Zəngəzur dəhlizinin açılmasını istəmir, Azərbaycanın daxili və xarici işlərinə müdaxilə imkanlarını axtarır, dini seqmentdə Azərbaycana qarşı hücumdadır. Yaddan çıxarmaq lazım deyil ki, İranda 30 milyona yaxın soydaşımız yaşayır ki, daim azadlıq və müstəqillik arzusu ilə alovlanırlar. İndiki zamanda İrana və bölgəyə yeni bir atəş lazım deyil.


Bunu İranın siyasi və dini rəhbərliyi nə qədər tez anlasa, bir o qədər məqsədəuyğun olar. 

Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olan tərəflərin həm siyasi, həm də iqtisadi gücü İrandan dəfələrlə çoxdur. Bu halda İran ona təklif olunan strateji yol xəritəsi ilə barışmalıdır. Əks halda, Azərbaycanın bu məsələni öz xeyrinə həll etməsi üçün çoxlu sayda manevr imkanları mövcuddur”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

“Napoli”nin futbolçusu “Arsenal”a KEÇƏ BİLƏR

“Napoli”nin futbolçusu “Arsenal”a KEÇƏ BİLƏR

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti UZADILDI

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti UZADILDI

Erməni idmançıların təxribatının qarşısı alındı

Erməni idmançıların təxribatının qarşısı alındı

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Ermənistanda TRIPP fondu açılacaq” - Vens

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Azərbaycan tranziti Ermənistan üçün çox əhəmiyyətlidir” - Prezident

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Karvan-Yevlax”ı məğlub etdi - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq” - VİDEO

İlham Əliyev: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq” - VİDEO

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır” - İlham Əliyev

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

“ Azərbaycana çox böyük maraq var” - ABŞ Ticarət Palatasının rəsmisi

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Prezident: “ABŞ ilə təmaslarımızın bir hissəsi biznes, sərmayə üzərində cəmləşib”

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ramiz Mehdiyev işi ilə bağlı saxlanılan 2 nəfər barədə QƏRAR VERİLDİ

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Ardıcıl 4 məğlubiyyətdən sonra klub baş məşqçi ilə SAĞOLLAŞDI

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

Qaxın 18 kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Bu zərərvericilər təsərrüfatları MƏHV edir – FOTO

End of content

No more pages to load

RADİO