İlham Əliyev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etdi

Prezident İlham Əliyev Şuşada keçirilən Beynəlxalq Media Forumun iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev səsləndirib.

Müraciətdə deyilir: 

“Hörmətli media nümayəndələri! 

Əziz jurnalistlər! 

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər.
Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır. 

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir. 

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır.

Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir.
Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. 

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir.

Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır.

Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər. 
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. 

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək. 

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

“Napoli”nin futbolçusu “Arsenal”a KEÇƏ BİLƏR

“Napoli”nin futbolçusu “Arsenal”a KEÇƏ BİLƏR

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti UZADILDI

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti UZADILDI

Erməni idmançıların təxribatının qarşısı alındı

Erməni idmançıların təxribatının qarşısı alındı

End of content

No more pages to load

RADİO