Bağdad Ticarət Palatasının İnvestisiya Mərkəzinin direktoru Alaa Nurun rəhbərlik etdiyi İraqın biznes nümayəndə heyəti Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
Bizim.Media xəbər verir ki, bu barədə AZPROMO-nun Mətbuat Xidməti açıqlama yayıb.
Görüşdə AZPROMO-nun fəaliyyəti, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları barədə ətraflı məlumat verilib, qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media