Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə latviyalı həmkarı Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.
Həmçinin, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Bizim.Media