Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissarı "Twitter" hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüşdə enerji, Cənubi Qafqaz regionundakı vəziyyət və Ukraynadakl müharibənin təsiri müzakirə olunub.
"Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub", - Aİ rəsmisi vurğulayıb.
Qeyd edək ki, görüş, Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində baş tutub.
Bizim.Media