"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır".
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel "Twitter" hesabında qeyd edib.
"Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür", - Borrel vurğulayıb.
Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.
Bizim.Media