Prezident: "Bəzi kadrlar etimadı doğrultmadı"

"Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.

Dövlətimizin başçısı deyib:

“Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır.
 

MÖVZU İLƏ BAĞLI:

"Gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir" - İlham Əliyev


Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq.

Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi.

Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var.
Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

“Napoli”nin futbolçusu “Arsenal”a KEÇƏ BİLƏR

“Napoli”nin futbolçusu “Arsenal”a KEÇƏ BİLƏR

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

“Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir” - Prezident

End of content

No more pages to load

RADİO